Azərbaycanlılıların Soyqrımı Günü ilə əlaqədar gənclər üçün filmi nümayişi təşkil olunub

31 Mart – Azərbaycanıların Soyqrımı ilə əlaqədar Naxçıvan Dövlət Film Fondunda gənclər üçün “31 mart: Qanla möhürlənmiş gün” adlı sənədli filmin nümayişi keçirilib.

Sənədli filmdə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, həmin dövrdə baş verən faciəli hadisələr tarixi faktlar və arxiv materialları əsasında təqdim olunur. Ekran əsərində soyqırımın miqyası, müxtəlif bölgələrdə dinc əhaliyə qarşı həyata keçirilən zorakılıqlar, insanların yaşadığı faciələr və bunun Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlər geniş şəkildə işıqlandırılır.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Film Fondunun dəstəyi ilə reallaşıb. Əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması, eləcə də soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi olub.